Əsas Səhifə > Dünya > İsrail yenidən sərt karantinə keçir

İsrail yenidən sərt karantinə keçir


14-09-2020, 00:28

 

İsrail hökuməti sentyabrın 18-dən etibarən sərt karantin rejimini 3 həftəlik bərpa edəcək.


Şəffaflıq.az xəbər verir ki, bu barədə “Kan” dövlət radiosunun məlumatında deyilib. Bildirilib ki, sərt karantinin bərpa olunması ilə bağlı yeni qərarı Nazirlər Kabineti təsdiqləyib. Məhdudlaşdırıcı tədbirlərə əsasən, vətəndaşlar evlərindən 500 metrdən artıq məsafədə uzaqlaşa bilməzlər.

 Restoranlar, mehmanxanalar, trenajor zalları və hovuzlar bağlı olacaq.

Xatırladaq ki, İsrailda iyunda yumşalma tədbirlərindən sonra yoluxma sayında ciddi artım müşahidə olunub.

Geri qayıt