Əsas Səhifə > Dünya > Minskdə növbəti etiraz aksiyası: 400-ə yaxın saxlanılan var
Minskdə növbəti etiraz aksiyası: 400-ə yaxın saxlanılan var14-09-2020, 00:20 |
Bazar günü Belarusun paytaxtı Minskdə keçirilən etiraz aksiyalarında artıq 400 nəfərə yaxın insan saxlanılıb. Şəffaflıq.az bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib. "Saat 19:00-dan etibarən ölkədə etiraz aksiyaları, Minsk istisna olmaqla, demək olar ki, hər yerdə başa çatıb. Yüzlərlə şəxs saxlanılıb. Paytaxtın müxtəlif bölgələrində 400-dən çox insan nəzarətə alınıb", - DİN-in məlumatında bildirilir. Bildirilir ki, müxalifət tərəfdarlarının etiraz aksiyası keçirdiyi Minsk mərkəzində əvvəllər bağlanmış metro stansiyaların giriş və çıxışı açıq olub. Bundan əlavə, şəhərdə mobil internet bərpa edilib. Geri qayıt |