Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Sentyabrın sonunadək qüvvədə qalan məhdudiyyətlər
Sentyabrın sonunadək qüvvədə qalan məhdudiyyətlər12-09-2020, 16:50 |
![]() Şəffaflıq.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair qərarında bildirilib. Aşağıdakı sahələrdə tətbiq olunan məhdudiyyətlər saxlanılır: - yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış; - ölkənin şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları; - “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu; - dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi; - bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsi (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla); - tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili; - ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşə; - istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti; - muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti; - iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti; - ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə; - tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti; - idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla); - masaj və hamam xidmətlərinin göstərilməsi; Geri qayıt |