Əsas Səhifə > ELM VƏ TƏHSİL > İsmayıllıda bağçaların yeni tədris ilində fəaliyyətə başlaması istiqamətində hazırlıq işləri başa çatıb.
İsmayıllıda bağçaların yeni tədris ilində fəaliyyətə başlaması istiqamətində hazırlıq işləri başa çatıb.12-09-2020, 15:55 |
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sentyabrın 15-dən uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Mövcud vəziyyət nəzərə alınaraq, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə bağçalarda təlim-tərbiyə işlərinin davam etdirilməsi nəzərdə tutulub. Şəffaflıq.az xəbər verie ki,bununla əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Rayonda uşaq bağçalarının fəaliyyətə başlaması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilib, dezinfeksiya işləri aparılıb. Texniki işçilər tərəfindən geniş təmizlik, tibbi-profilaktik işlər görülüb. Bununla yanaşı bağçalarda çalışan tərbiyəçilər və digər işçilər hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb, tibbi müayinədən keçib. Bağçaların yeni tədris ilində fəaliyyətə başlaması istiqamətində hazırlıq işləri başa çatıb.Məlumat üçün bildiririk ki, sentyabrın 15-dən rayonda 10 uşaq bağçası fəaliyyətə başlayacaq. Dəyanət İsmayılov İsmayıllı. Şəffaflıq.az Geri qayıt |