Əsas Səhifə > İdman / Cəmiyyət > “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İsmayıllıda.-FOTOLAR
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İsmayıllıda.-FOTOLAR12-09-2020, 00:57 |
![]() AFFA-nın, İsmayıllı Rayon İcra Hakimiyyətinin və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsinin növbəti tədbiri keçirilib. Şəffaflıq.az xəbər verir ki, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatları Rauf Əliyev, Novruzəli Aslanov və Sabir Hacıyev iştirak edib. “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İsmayıllı rayonunda futbola böyük maraq göstərən Hacıhətəmli və Mollaisaqlı kənd məktəblilərinin iştirakı ilə keçirilib. Qonaqlar əvvəlcə məktəbin təhsil və idmanda qazandığı uğurlara aid sərgi və stendlə tanış olub. Onlara bu uğurlar barədə ətraflı məlumat verilib. Sonra layihə çərçivəsində futbola marağı artırmaq məqsədi ilə oğlan və qızlardan ibarət 50 məktəbli uşağa idman geyimləri və futbol topları hədiyyə olunub. Gənc həvəskar futbolçular bu idman növü üzrə öz bacarıqlarını qonaqlara nümayiş etdiriblər. ![]() ![]() ![]() ![]() ![]() Tədbir iştirakçıları idmana və gənclərə olan qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Həmçinin, tədbirin onların kəndində keçirildiyi üçün rayon rəhbərliyinə və AFFA-ya eləcə də Millət Vəkillərinə təşəkkür ediblər. ![]() ![]() ![]() ![]() Şəffaflıq.az Geri qayıt |