Əsas Səhifə > Dünya > Türkiyədə son sutkada koronavirusdan 56 nəfər ölüb
Türkiyədə son sutkada koronavirusdan 56 nəfər ölüb11-09-2020, 22:51 |
Türkiyədə son sutka ərzində koronavirusdan daha 56 nəfər ölüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. Nazir bildirib ki, son 24 saatda 112 213 şübhəli koronavirus testindən keçib, onlardan 1671-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1223 nəfər olub, 1117 xəstə isə sağalaraq evə buraxılıb. Türkiyədə ümumilikdə 288 126 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 256 524 nəfər sağalıb, 6951 nəfər ölüb. Geri qayıt |