Əsas Səhifə > Gündəm > İsmayıllıda avtomobil yolları cari təmir olunur
İsmayıllıda avtomobil yolları cari təmir olunur10-09-2020, 23:11 |
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 26-28-ci kilometrliyində təmir işləri həyata keçirilir. Hazırda yolun bir hissəsinə asfalt döşənib. Ümumilikdə 4530 kv.m sahədə 7 santimetr qalınlığında asfalt döşənəcək. Bildiririk ki, avtomobil yolunun Ə.Ələkbərzadə küçəsi də daxil olmaqla ümumilikdə 3,3 kilometrdə yolun çiyin hissələri son vaxtlar yağan leysan yağışlarının yaratdığı sel sularının təsirindən yuyularaq yararsız vəziyyətə düşmüşdür. Həmin ərazidə çınqıl örtüyün tikintisi və asfaltlama işləri vətəndaşların müraciəti ilə plandan kənar görülür. İşlər İsmayıllı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “9 nömrəli Yol İstismarı” MMC tərəfindən həyata keçirilir. Növbəti mərhələdə Sumağallı-Qalacıq və İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yollarında cari təmir işlərinin görülməsi nəzərdə tutulub. Şəffaflıq.az Geri qayıt |