Əsas Səhifə > ELM VƏ TƏHSİL > Tədris işlərinə yaşı 65-dən aşağı şəxslər cəlb ediləcək
Tədris işlərinə yaşı 65-dən aşağı şəxslər cəlb ediləcək10-09-2020, 22:45 |
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nı təsdiq edib. Şəffaflıq.az-ın məlumatına görə, qaydalara əsasən, təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunacaqlar. Təhsilverənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınacaq. Tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələr onların iş vaxtına daxil edilir və əməkhaqqı saxlanılacaq. Geri qayıt |