Əsas Səhifə > Gündəm > 142 yeni yoluxma faktı qeydə alınıb, 150 nəfər sağalıb, 1 nəfər vəfat edib
142 yeni yoluxma faktı qeydə alınıb, 150 nəfər sağalıb, 1 nəfər vəfat edib10-09-2020, 22:34 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 150 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 37 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 269 nəfər müalicə olunaraq sağalıb, 556 nəfər vəfat edib, 2 049 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 290, bu günə qədər isə ümumilikdə 988 268 test icra olunub. Şəffaflıq.az Geri qayıt |