Əsas Səhifə > SİYASƏT > Məcburi Köçkünlərin Mərkəzləşdirilmiş Vahid Məlumat Bazası yaradılır
Məcburi Köçkünlərin Mərkəzləşdirilmiş Vahid Məlumat Bazası yaradılır8-09-2020, 23:30 |
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Məcburi Köçkünlərin Mərkəzləşdirilmiş Vahid Məlumat Bazasının yaradılması üçün açıq tender elan edib. Şəffaflıq.az “Report”-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır. İddiaçılar ilkin sənədləri sentyabrın 29-u saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 5%-i qədər bank təminatını isə oktyabrın 7-si saat 15:00-a qədər Komitənin Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 129 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun şöbə müdiri Adil Musayevdir. Telefon: (012) 431-21-66. Təkliflərə oktyabrın 8-i saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. İş ən geci bu ilin sonuna qədər təhvil verilməlidir. Geri qayıt |