Əsas Səhifə > Dünya > Bolqarıstandan İstanbula gedən turist avtobusu yandı

Bolqarıstandan İstanbula gedən turist avtobusu yandı


8-09-2020, 23:22

 

Ötən gecə Trakya magistral yolunda Sofiyadan İstanbula gedən turist avtobusu yanıb.

Şəffaflıq.az Bolqarıstan Milli Televiziyasına istinadən xəbər verir ki, hadisə Bolqarıstan paytaxtının yaxınlığında baş verib.

Avtobus hərəkətdə olarkən alovlanıb, yük bölməsi tamamilə yanıb.

Sərnişinlərin Türkiyə vətəndaşı olduğu bildirilib. Onların hamısı təxliyyə olunub.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Geri qayıt