Əsas Səhifə > Maraqlı > Günün qoroskopu: Situasiya sizi yora bilər.

Günün qoroskopu: Situasiya sizi yora bilər.


8-09-2020, 00:28
 
Şəffaflıq.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç -  fəal olun, bədxahların planlarını alt-üst edin. Qeyri-adi, emosional saatlardır. Birmənalı olmayan açıqlamanı diqqətlə dinləyin. Şəxsi münasibətlərdəki harmoniyanı bərpə etmək üçün xeyli çalışmalı olacaqsınız.
Buğa - fəaliyyət üçün yaxşı zamandır. Genişmiqyaslı, mürəkkəb, məsul işlərə başlaya bilərsiniz. İndiyədək start verməkdən çəkindiyiniz layihəni reallaşdırın. Fəaliyyət planını tənzimləyin. Ən kiçik məsələlərdə belə, diqqətli olun.
Əkizlər - Prioritetləri müəyyənləşdirin, müttəfiqləri dürüst seçin. Hər şeyə rəğmən problemlərin sayı artacaq. Günün ikinci yarısında görüləsi işlər çoxalır. Səhhətinizə fikir verin. Axşam saatlarında normal istirahət edin. Əks halda nasazlıq işlərinizə pəl vura bilər. Nəzərdə tutulmamış səfər, mühüm xəbərin alınması istisna deyil. Şəxsi həyatınızda dəyişikliklər olacaq.
Xərçəng - uğurlu zamandır. Situasiyadan istifadə edin. Planları gerçəkləşdirmək, məqsədə çatmaq üçün şəraitdəki nüansları dəyərləndirməyi bacarın. Mümkün qədər ehtiyatlı olun. Risk etməyin, avantüralara qatılmayın. Yanlış qərarlar verməyin.
Şir - maliyyə işlərində qayda yaradın. Qarışıqlığa yol verməyin. Dəvət olunduğunuz tədbirə axşam saatlarında yayının. Yeni tanışlıq, habelə indiyədək haqqında yaxşı sözlər eşitdiyiniz insanla qarşılaşmağınız istisna deyil. Xarici görkəminizə fikir verin.
Qız - məhsuldar və maraqlı iş günüdür. Qarşınızda duran məsələlər asan deyil. Amma onların öhdəsindən sürətlə gələcəksiniz. Təxəyyülünüzə həsəd aparmaq olar. Məqsədə çatmağın yeni yollarını arayın. Problemlərin həllində orijinal olun.
Tərəzi -  maliyyə fonu pis deyil. Emosiyalarınıza hakim olun. Axşam saatlarında dostlarınızla görüşün, problemi onlarla müzakirə edin. Sevdiyiniz insanın istəklərini qulaqardına vurmayın.
Əqrəb - yeni işə başlamaq olar. Lakin tələsməyin. Səhər saatlarından etibarən mühüm problemin çözülməsi üçün radikal addımlar atmayın. Günün ilk yarısı gərgin, hadisələrlə zəngin vaxtdır. Sərvaxt davranın.
Oxatan - müsbət təmayüllərin təsiri artacaq. Ciddi uğurlara nail ola bilərsiniz. Yaxınlarınız sizi dəstəkləyəcək. Bəzi ideyalarınız qohumlar və dostlara şübhəli təsir bağışlasa da, onlar sizə kömək edəcəklər.Alış-veriş etmək olar.
Oğlaq - bütün işlərin görülməsinə eyni vaxtda başlamayın. Yığılıb qalan problemləri tədricən həll edin. Ehtiyatla, aramla, tələsikliyə yol vermədən irəliləyin. Təxribatlara uymayın, vədlərə inanmayın. Qərarları müstəqil şəkildə qəbul edin. Yalnız öz maraqlarını düşünən insanların sözlərinə şirnikməyin.
Dolça - maraqlı işgüzar təklif alacaqsınız. Ağır, yeknəsək, üzücü və yorucu işdən imtina edin. Belə işə razılaşsanız, əhvalınız pozulacaq, səhhətinizdə problemlər yaranacaq. Axşam saatları yaradıcı fəaliyyət üçün əlverişlidir.
Balıqlar - mürəkkəb, qarışıq, hadisələrin intensiv yaşanacağı bir zamandır. Yeni biliklər, faydalı əlaqələr əldə edə bilərsiniz. Diqqət mərkəzində olacaqsınız. Situasiya sizi yora bilər. Yaxın ətrafınızdakı insanlar sizin imkanlarınızı qismən də olsa, anlayacaqlar.Milli.Az

Geri qayıt