Əsas Səhifə > Dünya > Səudiyyə Ərəbistanı Asiya və ABŞ üçün neft qiymətlərini endirmək niyyətindədir

Səudiyyə Ərəbistanı Asiya və ABŞ üçün neft qiymətlərini endirmək niyyətindədir


7-09-2020, 19:19

 

“Saudi Aramco” üçün ən böyük regional bazar olan Asiya qitəsində “Arab Light” markalı neftin qiyməti ardıcıl ikinci aydır azaldılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “İnterfaks” Səudiyyə Ərəbistan dövlətinə məxsus “Saudi Aramco” şirkətinə istinadən məlumat yayıb.

Məlumata görə, azaldılma nəticəsində Səudiyyə nefti Oman və Dubaydan gələn neft səbətindən 0,8 ABŞ dolları ucuz başa gələcək. Asiyalı müştərilər üçün “Arab Super Light” və “Arab Extra Light” markalı neft sortlarında bir barel üçün 1,5 ABŞ dolları, “Arab Heavy”də isə 0,9 dollarlıq ucuzlaşma olacaq.

Oktyabrda ABŞ-dan olan müştərilər üçün neft qiymətlərindəki azalma 0,5-0,7 dollar/barel səviyyəsində olacaq.

Geri qayıt