Əsas Səhifə > Dünya > Mixeil Saakaşvili Gürcüstanın baş nazirliyinə namizəd oldu

Mixeil Saakaşvili Gürcüstanın baş nazirliyinə namizəd oldu


7-09-2020, 19:02

 

Gürcüstanın “Güc birlikdədir” müxalif birliyi sabiq prezident Mixeil Saakaşvilini baş nazir vəzifəsinə rəsmən namizəd irəli sürüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə təşkilatda təmsil olunan Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Qriqol Vaşadze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərin görə, M.Saakaşvili Gürcüstana qayıtmalı və xalqla görüşməlidir: “Məhz buna görə həm VMHP, həm də “Güc birlikdədir” birliyində təmsil olunan bütün digər partiyalar da onun Gürcüstanın baş nazirliyinə namizəd irəli sürülməsi barədə qərar qəbul edib”.

Müxalifətçi qeyd edib ki, keçmiş dövlət başçısı bu gün Gürcüstana qayıdış planı barədə ətraflı məlumat təqdim edəcək.

Qeyd edək ki, 52 yaşlı M.Saakaşvili 2008-2013-cü illərdə Gürcüstanın prezidenti olub. O, 2015-2016-cı illərdə Ukrayna prezidentinin məsləhətçisi və Odessa vilayətinin qubernatoru olub. Gürcüstanın üçüncü prezidenti bu ilin mayından Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışır.    

Geri qayıt