Əsas Səhifə > Gündəm > Azərbaycanda daha 89 nəfər koronavirusa yoluxub, 132 nəfər sağalıb, 3 nəfər vəfat edib
Azərbaycanda daha 89 nəfər koronavirusa yoluxub, 132 nəfər sağalıb, 3 nəfər vəfat edib7-09-2020, 18:55 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 37 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 837 nəfər müalicə olunaraq sağalıb, 551 nəfər vəfat edib, aktiv xəstə sayı 2 030 olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 936, bu günə qədər isə ümumilikdə 967 040 test icra olunub. Şəffaflıq.az Geri qayıt |