Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Azərbaycan “Qafqaz-2020” təlimlərində iştirakdan imtina etdi

Azərbaycan “Qafqaz-2020” təlimlərində iştirakdan imtina etdi


6-09-2020, 22:40

 

Azərbaycan hakimiyyəti silahlı qüvvələri nümayəndələrinin Rusiyada keçiriləcək «Qafqaz-2020» beynəlxalq təlimlərində iştirakından imtina edib. Müdafiə Nazirliyi mətbuat xidmətinin verdiyi xəbərə görə, Azərbaycan bu təlimlərə yalnız müşahidəçilər göndərəcək.

«Azərbaycan hərbçiləri cari ilin sentyabr ayında Rusiyada keçiriləcək “Qafqaz-2020” təlimlərində iştirak etməyəcəklər. Bu tədbirdə iştirak üçün iki hərbçinin müşahidəçi qismində göndərilməsi planlaşdırılır» - nazirliyin xəbərində belə deyilr.

«Qafqaz-2020» təlimləri 2020-ci ilin sentyabrında Rusiyanın cənubunda keçiriləcək. Bu təlimlərdə iştirak üçün 6 ölkənin, o cümlədən ŞƏT və KTMT-a üzv dövlətlərin ordu qruplaşmalarının cəlb olunacağı planlaşdırılırdı.

Avqustun sonlarında Hindistan Müdafiə Nazirliyi rəsmi surətdə bəyan etmişdi ki, onun nümayəndələri təlimlərdə iştirak etməyəcək - səbəb kimi, pandemiya üzündən yaranmış çətinliklər, o cümlədən, logistika işlərinin təşkili sahəsində mövcud problemlər önə çəkilmişdi. Qeyri-rəsmi səbəb kimi isə tədbirdə Çin hərbçilərinin iştirakı göstərilmişdi.

Azərbaycanın isə təlimlərdən imtina etməsinin səbəbi kimi Ermənistan hərbçilərinin də tədbirdə iştirak etməsinin olub-olmaması barədə məlumat verilməyib.


Şəffaflıq.az
Geri qayıt