Əsas Səhifə > Gündəm > Azərbaycanda daha 137 nəfər koronavirusa yoluxub, 140 nəfər sağalıb, 3 nəfər vəfat edib
Azərbaycanda daha 137 nəfər koronavirusa yoluxub, 140 nəfər sağalıb, 3 nəfər vəfat edib6-09-2020, 22:32 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 37 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 705 nəfər müalicə olunaraq sağalıb, 548 nəfər vəfat edib, aktiv xəstə sayı 2076 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6612, ötən müddət ərzində isə ümumilikdə 963 104 test aparılıb. Şəffaflıq.az Geri qayıt |