Əsas Səhifə > Cəmiyyət > Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sabunçu rayonundakı 2 saylı Doğum evində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sabunçu rayonundakı 2 saylı Doğum evində olub


5-03-2019, 00:08

Martın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunda yerləşən 2 saylı Doğum evində olub. Xatırladaq ki, bu Doğum evi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1987-ci ildə istifadəyə verilib.
Şəffaflıq.az xəbər verir ki, Leyla Əliyeva Doğum evindəki palataları gəzdi, dünyaya yeni göz açan körpələrin və onların analarının səhhəti ilə maraqlandı, uşaqların sağlam böyümələrini arzuladı.
120 çarpayıdan ibarət tibb müəssisəsi Heydər Əliyev Fondu tərəfindən yeni küvəzlərlə təmin olunub. Doğum evində bundan əvvəl olan küvəzlər müasir standartlara cavab vermirdi.
Leyla Əliyevaya bu xüsusi aparatda saxlanılan tənəffüs və digər problemlə anadan olan uşaqların müalicəsi barədə məlumat verildi. Yeni küvəzlərdə ana və körpədə qan qrupları və rezus üzrə uyğunsuzluq xəstəliyi, tənəffüs, az çəki problemi olan, vaxtından əvvəl düyaya gələn və intensiv terapiyaya ehtiyacı olan uşaqların müalicəsi aparılır. Hazırda 2 saylı Doğum evində 70-dən çox yeni dünyaya gələnlərdən 3-ü küvəzdə saxlanılır. Həkimlər bu körpələrin vəziyyətinin sabitləşdiyini, müsbət dinamikanın müşahidə edildiyini bildirdilər.
Tibb müəssisəsində 398 işçi çalışır. Heydər Əliyev Fondunun vitse-prezidenti Doğum evinin əməkdaşları ilə şəkil çəkdirdi, onlara işlərində uğurlar arzuladı.AZƏRTAC







 
Geri qayıt