Əsas Səhifə > Dünya > Yaponiyada 600-ə yaxın aviareys ləğv edildi

Yaponiyada 600-ə yaxın aviareys ləğv edildi


5-09-2020, 19:47

 

Yaponiyada 600-ə yaxın daxili aviareys ləğv edilib. Bu addım ölkənin cənub hissəsinə yaxınlaşan “Hayşen” qasırğası səbəbindən atılıb.

Şəffaflıq.az “TASS”a istinadən bildirir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası xəbər verib.

100 şənbə günü reysi ilə yanaşı, yerli aviakompaniyalar azı 484 bazar günü reysini ləğv etməli olub.

“JR West” dəmiryol operatoru isə əlverişsiz hava şəraiti səbəbindən sentyabrın 7-dən ölkənin qərb və cənubi-qərbində sürətli qatarların hərəkətini dayandırmaq, həmçinin Yaponiyanın mərkəzi və qərb hissələri arasında reyslərin sayını azaltmaq qərarına gəlib. Hiroşima və Hakata (Fukuoka prefekturası) arasındakı marşrutda sürətli qatarların hərəkəti dayandırılacaq. Həmçinin, dəmiryol operatoru Osaka və Hiroşima arasında reyslərin sayını azaltmağı planlaşdırır.

Hal-hazırda “Hayşen” Sakit okean boyunca Yaponiyanın ən cənub prefekturası – Okinavaya doğru hərəkət edir.

Geri qayıt