Əsas Səhifə > Dünya > Svetlana Tixanovskaya BMT-ni Aleksandr Lukaşenkoya qarşı sərt olmağa çağırdı - "Getmək istəmir..."
Svetlana Tixanovskaya BMT-ni Aleksandr Lukaşenkoya qarşı sərt olmağa çağırdı - "Getmək istəmir..."5-09-2020, 19:41 |
Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya BMT-ni Aleksandr Lukaşenko hökumətinin etirazçılara qarşı zorakı hücumlarını pisləməyə çağırıb. Avqustun 9-da keçirilmiş seçkinin rəsmi nəticələri açıqlanandan dərhal sonra paytaxt Minskdə və Belarusun başqa şəhərlərində kütləvi etiraz aksiyaları aramsız olaraq dördüncü həftədir ki, davam edir. BMT Təhlükəsizlik Şurasının sentyabrın 4-də virtual keçirilən qeyri-rəsmi sessisyasında S.Tixanovskaya beynəlxalq qurumu Belarusa monitorinq missiyası göndərməyə çağırıb. O habelə bildirib ki, BMT İnsan Haqları Şurası Belarusda yaranmış vəziyyətlə bağlı xüsusi sessiya keçirməlidir. S.Tixanovskaya habelə etirazçılara qarşı zorakılıqlar üçün birbaşa məsuliyyət daşıyanlara sanksiyaların elan edilməsinə çağırıb. O deyib ki, indiki vəziyyətdə A.Lukashenko hökuməti ilə hər hansı əməkdaşlıq zorakılıq və insan haqlarının kobud pozulması ilə barışmaq deməkdir. S.Tixanovskaya videobağlantı ilə etdiyi müraciətdə Belarusda, əri Sergey Tixanovski də daxil bütün siyasi məhbusların azad olunmasını tələb edib. BMT-nin internetlə keçirilən xüsusi sessiyasını Estoniya təşkil etmişdi. Estoniya BMT Təhlükəsizlik Şurasının 15 üzvündən biridir. Belarusda etiraz aksiyaları başlanandan bəri 7 min nəfərin saxlandığı xəbər verilir. BMT insan haqları ekspertləri bildirmişdilər ki, saxlananlara qarşı işgəncə və pis rəftardan istifadəyə dair 450 hal rəsmiləşdirilib. S.Tixanovskaya çıxışı zamanı A.Lukaşenkonu hakimiyyətdən yapışan qeyri-legitim lider adlandırıb. Müxalifətçi deyib ki, A.Lukaşenko öz xalqının səsinə qulaq asmaq istəmir. Şəffaflıq.az Geri qayıt |