Əsas Səhifə > İdman > UEFA Millətlər Liqası: Niderlanddan çətin qələbə, İtaliya xal itirdi
UEFA Millətlər Liqası: Niderlanddan çətin qələbə, İtaliya xal itirdi5-09-2020, 08:06 |
UEFA Millətlər Liqasında I turun növbəti görüşləri keçirilib. Şəffaflıq.az-ın məlumatına görə, ikinci oyun günündə A, B və C liqalarında ümumilikdə 8 matç baş tutub. A liqasının I qrupunda İtaliya evdə Bosniya və Herseqovinanı qəbul edib. Görüşdə qalib müəyyənləşməyib. Niderland isə doğma meydanda Polşaya çətinliklə qalib gəlib. Gecənin digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb: UEFA Millətlər Liqası 4 sentyabr A liqası 1-ci qrup 22:45. İtaliya – Bosniya və Herseqovina 1:1 Qollar: Stefano Sensi, 67 - Edin Dzeko, 58 22:45. Niderland – Polşa 1:0 Qol: Stiven Berqveyn, 61 B liqası 1-ci qrup 22:45. Norveç - Avstriya 1:2 Qollar: Erlinq Holann, 66 - Mixael Qreqoriç, 35, Marsel Zabitser, 54 (penalti) 22:45. Rumıniya – Şimali İrlandiya 1:1 Qollar: Corce Puşkaş, 25 - Qevin Uayt, 86 Qırmızı vərəqə: Corc Madcennis, 39 2-ci qrup 22:45. Şotlandiya - İsrail 1:1 Qollar: Rayan Kristi, 45 - Eran Zahavi, 73 22:45. Slovakiya – Çexiya 1:3 Qollar: İvan Şrants, 88 - Vladimir Tsoufal, 48, Borjek Doçkal, 53 (pen.), Mixael Krmençik, 86 C liqası 4-cü qrup 20:00. Litva - Qazaxıstan 0:2 Qollar: Bəxtiyar Zaynutdinov, 3, İslambek Kuat, 86 22:45. Belarus - Albaniya 0:2 Qollar: Sokol Çikalleşi, 23, Keidi Bare, 79 Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək. Geri qayıt |