Əsas Səhifə > Dünya > Bu ölkədə fövqəladə vəziyyət rejimi uzadıldı
Bu ölkədə fövqəladə vəziyyət rejimi uzadıldı5-09-2020, 08:01 |
Fələstində koronavirusla mübarizə çərçivəsində fövqəladə vəziyyət rejimi bir ay müddətinə uzadılıb. Şəffaflıq.az “WAFA” agentliyinə istinadən bildirir ki, müvafiq Fərmanı ölkə Prezidenti Mahmud Abbas imzalayıb. “Prezident Mahmud Abbas, sentyabrın 4-dən başlayaraq, Fələstin ərazilərində daha 30 gün müddətinə fövqəladə vəziyyətin elan edilməsi haqqında prezident Fərmanı imzalayıb”, - məlumatda deyilir. “Worldometers”ə əsasən, Fələstində ümumilikdə 25 142 nəfərdə koronavirus aşkarlanıb, 170 nəfər bu virusun qurbanı olub, 16 437 nəfər sağalıb. Ölkədə 8 535 aktiv koronavirus xəstəsi var. Geri qayıt |