Əsas Səhifə > Dünya > BMT Baş Assambleyasının sədri Azərbaycana təşəkkür etdi

BMT Baş Assambleyasının sədri Azərbaycana təşəkkür etdi


3-09-2020, 21:46

 

BMT-nin Baş Assambleyasının pandemiyaya qarşı xüsusi sessiyası baş tutub.

Assambleyanın sədri Ticani Məhəmməd-Bande geniş çıxış edib.

Şəffaflıq.az xəbər verir ki, sədr çıxışa pandemiya üzündən həyatını itirənlərə görə kədərini ifadə etməklə başlayıb. O, xəstəliklə mübarizə aparanlara şəfa diləyib.

“Xatırlayırsınız ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u qlobal pandemiya elan etməzdən əvvəl Baş Assambleyada vəziyyətin dəyişməsinə davamlı necə reaksiya verilməsi ilə bağlı məsləhətləşmələrə başlamışıq. Biz çox tez anladıq ki, pandemiyanın ağır xarakter alması çevik reaksiya tələb edir. Martın 27-də Baş Assambleyanın 74/544 saylı qətnaməsini qəbul etdik və üzbəüz görüşlərdə pandemiya təhdidinə cavab olaraq “səssizlik” proseduruna keçdik. Baş Assambleya işini bu anormal şərtlərdə davam etdirib və 70 qətnamə qəbul edib. Bu təşəbbüslər sayəsində bütün qeyri-müəyyənlik qarşısında müxtəlif əsasları əhatə edə bildik. İnanıram ki, ən yüksək səviyyələrdə daha çox diqqət göstərərək, üzərimizə öhdəlik götürərək, pandemiyanı məğlub etmək üçün mübarizədə əhəmiyyətli irəliləyiş əldə edəcəyik”.

Məhəmməd-Bande geridə qalan müddətdə çox yaxşı layihə hazırlaya bildiklərini söyləyib. Sədr pandemiyaya görə xüsusi iclas keçirilməsini çox faydalı adlandırıb. Çıxışda Azərbaycanın adı çəkilib: “Bu çox vacib iclasın keçirilməsində israr etdiyinə görə Qoşulmama Hərəkatı sədri kimi Azərbaycana və bu xüsusi sessiyanın keçirilməsinə razılıq verdiyi üçün Baş Assambleyaya təşəkkür edirik. İnanıram ki, bu xüsusi sessiyanı beynəlxalq ictimaiyyət koordinasiyalı cavab üçün bir vasitə sayacaq”.



Geri qayıt