Əsas Səhifə > Dünya > Meksika koronavirusdan ölən səhiyyə işçilərinin sayına görə digər ölkələri qabaqlayır

Meksika koronavirusdan ölən səhiyyə işçilərinin sayına görə digər ölkələri qabaqlayır


3-09-2020, 21:44

 

Meksika koronavirusdan ölən səhiyyə işçilərinin sayına görə digər ölkələri qabaqlayır.


Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Amnesty International"ın hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, pandemiya başlayandan bəri Meksikada 1320 səhiyyə işçisi bu infeksiyaya yoluxaraq vəfat edib.

ABŞ-da 1077, Britaniyada 649, Braziliyada isə 634 səhiyyə işçisi koronavirusdan ölüb.

Təşkilatın yaydığı hesabata görə, COVID-19 pandemiyası yayıldığı gündən indiyədək ümumilikdə dünyada 7000-dən çox səhiyyə işçisi həyatını itirib.

Geri qayıt