Əsas Səhifə > Dünya > Rusiyada ölənlərin sayı milyona çatır - Əhali kəskin azalır, hökumət məyusdur...
Rusiyada ölənlərin sayı milyona çatır - Əhali kəskin azalır, hökumət məyusdur...3-09-2020, 21:34 |
2020-ci ildə Rusiya əhalisi son 14 ildə ən böyük azalma ilə üzləşə bilər. Bunu RBK vebsaytı hökumətin proqnozlarına istinadla yazıb. Bu il ölkədə koronavirus pandemiyasından dolayıölü sayı artır, təbii doğum səviyyəsi isə azalır. Covid-19 pandemiyasının Rusiyada yoxsulluq həddini də artıracağı gözlənir, 2019-cu ildə 12,3 faiz olan göstərici bu il 13,3 faizə qalxacaq. “The Moscow Times” yazır ki, bu proqnozlar Rusiyanın ambisiyalı Milli Layihələrini məyus edib, çünki məqsəd 2024-cü ildə Vladimir Putinin dördüncü prezidentlik müddəti başa çatanadək yoxsulluğu yarıbayarı azaltmaq, demoqrafik böhranın qarşısını almaqdır. RBK-nin məlumatına görə, hökumət əhalinin 158 min nəfər azalaraq ilin sonuna 146,6 milyona bərabərləşəcəyinə inanır. Bu, 2006-cı ildən bəri ən böyük itki ola bilər. Həmin il əhali 374 min nəfər azalmış, 142,2 milyona düşmüşdü. 2020-ci ilin yanvar-iyun aylarında Rusiyadan 48 min nəfərin miqrasiya etdiyi bildirilir. Ümumilikdə isə bu müddət ərzində 950 minə yaxın şəxsin vəfat etdiyi, 681 min nəfərin doğulduğu qeyd olunur. Yəni, əhalinin təbii azalması 270 min nəfərdir. Ötən illə müqayisədə ölü sayında 3,1 faiz artım, doğum səviyyəsində 5,4 faiz azalma baş verib. Apreldən iyunadək koronavirusdan azı 27 min 411 nəfər vəfat edib, RBK bunu “Rosstat” Dövlət Statistika Xidmətinə əsasən yazır. Portal onu da hesablayıb ki, həmin müddətdə Rusiyadakı 4,2 faiz ölüm səviyyəsi qlobal 3,5 faizlik göstəricidən yuxarı olub. Rusiya hökumətində iki mənbə sənədin həqiqiliyini RBK-yə təsdiqləsə də, proqnozların hələ nəzərdən keçirildiyini deyib. “Rossstatın” illik proqnozunda 2020-ci ildə Rusiyada əhalinin təbii azalması 350 min nəfər olacaq, 265 min nəfər mühacirət edəcək. Rusiyada yeni koronavirusa təsdiqlənmiş yoluxmalar 1 milyonu keçib, 17 min 365 xəstənin vəfat etdiyi bildirilir. Şəffaflıq.az Geri qayıt |