Əsas Səhifə > Dünya > Türkiyə iki koronavirus vaksinini sınaqdan keçirir
Türkiyə iki koronavirus vaksinini sınaqdan keçirir3-09-2020, 08:30 |
Türkiyə hakimiyyəti yaxın vaxtlarda Rusiyada istehsal edilmiş koronavirus əleyhinə vaksininin sınaqlarına icazə verə bilər. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib. "Biz Rusiyada hazırlanan vaksinin sınaqları ilə bağlı sorğunu aldıq. Düşünürəm ki, yaxın vaxtlarda buna icazə veriləcək. Bundan başqa, hazırda ölkədə iki yerli vaksininin sınaqları keçirilir", - Koca jurnalistlərə deyib. O əlavə edib ki, belə sınaqlar Türkiyədə yalnız könüllülər üzərində keçirilir. Geri qayıt |