Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Abşeron Logistika Mərkəzi ISO 45001 və ISO 14001 beynəlxalq sertifikatlarına layiq görüldü
Abşeron Logistika Mərkəzi ISO 45001 və ISO 14001 beynəlxalq sertifikatlarına layiq görüldü2-09-2020, 09:56 |
Abşeron Logistika Mərkəzi fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğun olaraq davam etdirir. Şəffaflıq.az xəbər verir ki, bu il ərzində Abşeron Logistika Mərkəzi “Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi” üzrə ISO 45001 və “Ətraf Mühiti İdarəetmə Sistemi” üzrə ISO 14001 beynəlxalq standartların tələbləri çərçivəsində daxili normativ bazanı daha da təkmilləşdirmiş, bütün fəaliyyət sahələri, əməyin mühafizəsi və təhlükəsizlik üzrə risklər, ətraf mühit aspektlərini qiymətləndirmiş, təsirlərin minimuma endirilməsi istiqamətində tədbirlər planı həyata keçirib. Təhlükəsizlik tələblərinə uyğun olaraq yoxlama-nəzarət qrafikləri hazırlanmış və onların icrası təmin edilib. İşçilərin təhlükəsizlik tələbləri üzrə məlumatlılıq səviyyəsinin artırılması üçün nəzəri və təcrübi təlimlər keçirilib. Böyük əməyin nəticəsi olaraq avqust ayında “TÜV Austria” beynəlxalq sertifikatlaşdırma təşkilatı tərəfindən keçirilmiş audit nəticəsində mərkəz ISO 14001, ISO 45001 beynəlxalq sertifikatlara layiq görüldü. Onu da qeyd etmək istərdik ki, Abşeron Logistika Mərkəzi ISO 9001:2015 “Keyfiyyət İdarəetmə Sistemi” standartı üzrə beynəlxalq sertifikata da sahibdir. Mərkəzin fəaliyyəti ISO 9001, ISO 45001, ISO 14001 beynəlxalq standartların tələbləri çərçivəsində təmin edilir. Abşeron Logistika Mərkəzi beynəlxalq standartlara cavab verən logistik mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə konteyner, vaqon, gömrük, broker, anbar, nəqliyyat xidmətləri göstərilir. İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir. Yaradılmış "vahid pəncərə" sistemi ilə müştərilərə yüksək səviyyəli və operativ xidmət göstərilir. Geri qayıt |