Əsas Səhifə > Dünya > Daha bir ölkə rus neftindən imtina edir
Daha bir ölkə rus neftindən imtina edir1-09-2020, 22:03 |
Rusiyanın neft bazarında müştərili azalır. Belarusun ardınca daha bir ölkə rus neftindən imtina etmək qərarına gəlib.Şəffaflıq.az xəbər verir ki, İsrail daha Rusiyadan yanacaq almayacaq. Yəhudi dövləti Asiyaya üz tutur. Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin yaxşılaşması yeni imkanlar açır. İsrail ərəb ölkəsi ilə anlaşmaq üzrədir. Yaxın Şərq dövlətinin sutkada 236.25 min barel neftə ehtiyac var. İsrail bunun yalnız 5.98 min barelinin özü istehsal edə bilir. Qalanını – təxminən 92 faizi Rusiyadan və Azərbaycandan alır. OPEK-in istehsalçılar siyahısında dördüncü yeri tutan Birləşmiş Ərəb Əmirlikləri İsrailin neft bazarına ayaq açmağı çoxdan arzulayırdı. Bu ölkə ilə anlaşmaq ərəblərə həm də xərclərin azlığına görə sərf edir. Çünki dövlətlər arasındakı məsafə böyük deyil. İsrailin isə neftin nəql olunacağı marşrut ürəyincədir. Borunun İraqın kürd muxtar rayonundan keçməsini yəhudilər təhlükəli sayırdı. Çünki o ərazilərə Türkiyə nəzarət edir. İsrailin rəsmi Ankara ilə yola getməməsi sirr deyil. Belarus Rusiya neftindən imtinadan sonra Azərbaycanla anlaşmışdı. Aleksandr Lukaşenko hakimiyyəti ABŞ bazarına da üz tutub. Geri qayıt |