Əsas Səhifə > Gündəm > Azərbaycanda daha 143 nəfər COVID-19-a yoluxub, 130 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycanda daha 143 nəfər COVID-19-a yoluxub, 130 nəfər sağalıb, 2 nəfər vəfat edib1-09-2020, 21:41 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 130 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 36 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 977 nəfər müalicə olunaraq sağalıb, 536nəfər vəfat edib, aktiv xəstə sayı 2 065 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 597, ötən müddət ərzində isə ümumilikdə 928 666 test aparılıb. Şəffaflıq.az Geri qayıt |