Əsas Səhifə > Cəmiyyət > Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Zəhra Salmanlı ilə görüşdü._FOTO

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Zəhra Salmanlı ilə görüşdü._FOTO


3-03-2019, 00:55

 Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Zəhra Salmanlı ilə görüşdü. 
Şəffaflıq.az xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov  İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilmiş karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlı ilə görüşüb.Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.     RİH başçısı Zəhra Salmanlını yarış zamanı uğurlu çıxışına və göstərdiyi vətənpərvərliyə görə təbrik edib, gələcək yarışlarda və təhsilində uğurlar arzulayıb. Namiq Zeynalov bildirmişdir ki,ölkəmiz bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də nailiyyətlər əldə edir. Qazanılan müvəffəqiyyətlər ölkəmizdə idmana yüksək səviyyədə dövlət dəstəyinin göstəricisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsidir.     Namiq Zeynalov beynəlxalq yarışda ölkəmizi layiqincə təmsil edən Zəhra Salmanlıya təşəkkür edərək ona qiymətli hədiyyələr və fəxri fərman təqdim edib.  
   Qeyd edək ki, Zəhra Salmanlı turnirin keçirildiyi məkanda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib. O, Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib. Bayraq fərqli və daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli karate idman növü üzrə bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Rəqibləri arasında erməni idmançını da məğlub edən Zəhra Salmanlı sonda qızıl medal və diplomla təltif olunub.




 ​​​​
Alxas
ŞƏFFAFLIQ.Az
Geri qayıt