Əsas Səhifə > Dünya > Dünyada koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 850 mini ötüb

Dünyada koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 850 mini ötüb


31-08-2020, 22:34

 

Dünyada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 850 min nəfəri ötüb.

Şəffaflıq.az pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, avqustun 30-da dünyada 220 min 702 nəfər koronavirus infeksiyasına yoluxub, 4 min 182 nəfər isə dünyasını dəyişib.

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 25 milyon 391 min 204 yoluxma və 850 min 637 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 17 milyon 710 min 29 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 6 milyon 830 min 538 xəstədən 61 min 97 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 173 min 328 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Braziliya tutur - 3 milyon 862 min 311 nəfər. Hindistanda 3 milyon 624 min 613 nəfər, Rusiyada 990 min 326 nəfər, Peruda 647 min 166 nəfər, Cənubi Afrika Respublikasında isə 625 min 56 nəfər COVID-19 xəstəliyinə yoluxub.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 187 min 225 nəfər. İlk beşliyə daxil olan Braziliyada 120 min 896, Hindistanda 64 min 646, Meksikada 64 min 158, Birləşmiş Krallıqda isə 41 min 499 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Geri qayıt