Əsas Səhifə > Gündəm > Azərbaycanda daha 188 nəfər koronavirusa yoluxub, 115 nəfər sağalıb, 2 nəfər ölüb

Azərbaycanda daha 188 nəfər koronavirusa yoluxub, 115 nəfər sağalıb, 2 nəfər ölüb


29-08-2020, 20:04

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 188 yeni yoluxma faktı qeydə alınıb, 115 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada koronavirusdan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 576 nəfər müalicə olunaraq sağalıb, 529 nəfər vəfat edib, 2 069 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 384, bu günə qədər isə ümumilikdə 910 890 test icra olunub.


Şəffaflıq.az
Geri qayıt