Əsas Səhifə > Gündəm > İri ticarət mərkəzləri açılmayacaq, ancaq məktəb yarmarkaları təşkil oluna bilər
İri ticarət mərkəzləri açılmayacaq, ancaq məktəb yarmarkaları təşkil oluna bilər29-08-2020, 12:51 |
“İri ticarət mərkəzlərin açılması barədə hələ qərar yoxdur”. Şəffaflıq.az məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, epidemioloji vəziyyəti nəzərə alınaraq, mərhələli şəkildə addımlar atılması vacibdir. İri ticarət mərkəzləri barədə məsələ də müzakirə olunaraq, bu barədə müvafiq qərarlar veriləcək”. Məktəblərin açılması ilə əlaqədar valideynlərin alış-verişinin təşkil edilməsi üçün müəyyən yarmarkalar təşkil edilə bilər”. Musavat.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, ticarət mərkəzlərinin açılması müzakirə edilir: “Bu məsələ müzakirə edildikdən sonra əlavə məlumat veriləcək”. Geri qayıt |