Əsas Səhifə > Gündəm > Bakı, Sumqayıt və Abşeronda sərt karantin rejimi avqustun 31-dən sonra da davam edəcək

Bakı, Sumqayıt və Abşeronda sərt karantin rejimi avqustun 31-dən sonra da davam edəcək


29-08-2020, 12:47

 

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda sərt karantin rejiminin tətbiqi avqustun 31-dən sonra da davam edəcək.

Şəffaflıq.az məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, qeyd olunan ərazilərdə yoluxma halları yüksək olduğu üçün bəzi məhdudiyyətlər tətbiq olunaq.

Virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları isə 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.

Geri qayıt