Əsas Səhifə > Dünya > Macarıstan öz sərhədlərini xarici vətəndaşlara bağlayır

Macarıstan öz sərhədlərini xarici vətəndaşlara bağlayır


28-08-2020, 22:06



Macarıstan öz sərhədlərini xarici vətəndaşlara bağlayır.

Şəffaflıq.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Viktor Orbanın ofisi məlumat yayıb. Bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar sentyabrın 1-dən etibarən ölkə öz sərhədlərini xarici vətəndaşlara bağlayır. Ölkə xaricindən gələn Macarıstan vətəndaşları isə səyahətdən qayıtdıqdan sonra 14 gün karantində qalacaq. Baş nazirin ofisi bildirib ki, bu məhdudiyyət hərbi və diplomatik şəxslərə şamil olunmayacaq.

Geri qayıt