Əsas Səhifə > Gündəm > Prezident Tahir İmanovun şikayətləri haqda: “Kim qadağa qoyub sizə? Özəl telekanallar?…”
Prezident Tahir İmanovun şikayətləri haqda: “Kim qadağa qoyub sizə? Özəl telekanallar?…”2-03-2019, 11:39 |
Xəbər verildiyi kimi ötən gün president İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevə bir sıra mədəniyyət və incəsənət xadimləri ilə geniş tərkibli görüş keçirib. Görüşdə Azərbaycan mədəniyyətindəki və incəsənət sahəsindəki problemlər müzakirə olunub, bu problemləri aradan qaldırmaq üçün təkliflər səsləndirilib. Görüşdə əməkdar artist, “Parni iz Baku” KVN komandasının üzvü Tahir İmanov da çıxış edib və neçə vaxtdır telekanalların onlara qadağa qoymasından şikayətlənib. Deyib ki, KVn teatrı bütün qadağalara baxmayaraq fəaliyyətini davam etdirir. Hazırda İkinci Dünya müharibəsi qəhrəmanı, milliyyətcə azərbaycanlı olan Əhmədiyyə Cəbrayılov haqqında film üzərində işləyir. “Daha dəqiq desəm, Rusiya Prodüserlər Gildiyasının prezidenti Renat Davletyarovun, həmçinin Rusiya Kino Fondu adlı bir qurum var, onların razılığını almışıq. Hörmətli səfirimiz Polad Bülbüloğlu bu barədə Rusiya Mədəniyyət Nazirliyinə də məktub yazıb, onlardan da müsbət cavab almışıq. Hətta Rusiyanın “Rossiya 1” kanalı bu filmin 4 seriyasında maraqlıdır ki, film orada da işıq üzü görsün. Bildiyiniz kimi, 2020-ci ildə bütün bəşəriyyət faşizm üzərində Qələbənin 75 illik yubileyini qeyd edəcək. O cümlədən də biz - Azərbaycan Respublikası. Ona görə Sizdən xahiş edirəm ki, bizə bu işdə yardımçı olasınız. Bir neçə biznesmenə, tanınmış iş adamlarına müraciət etmişik, amma hamı bir nəfər kimi deyir ki, qadağalarınız olmasaydı kömək edərdik. Sizdən xahiş edirik ki, bizə bu işdə yardımçı olasınız”-T.İmanov deyib. Daha sonra o, prezidentdən KVN teatrının aparıcı oyunçuları Bəhram Bağırzadə və Cabir İmanov üçün fəxri ad da xahiş edib. “Çünki biz heç bir dövlət qurumunun balansında deyilik. Ona görə bu sistemi bilmirik, bu sistem necə həyata keçirilir, məktublar necə yazılır. Fürsətdən istifadə edib, Sizdən xahiş edirəm»-o bildirib. T.İmanov babası, bəstəkar Süleyman Ələsgərovun adına Bakıda küçə verilməsi xahişini də çatdırıb. Prezident İlham Əliyev görüşdəki yekun nitqində ziyalıların qaldırdıqları problemlərə, o cümlədən Tahir İmanovun qadağalar haqda şikayətinə münasibət bildirib. Prezident İlham Əliyev: Mən Tahir İmanovun sözlərini də şərh etmək istərdim. Mən bilmirəm, mən Əbülfəs Qarayevdən soruşdum, kim qadağa qoyub sizə? Sizə heç kim qadağa qoya bilməz. Əgər qadağanı kim qoyub, de, biz bu qadağanı aradan götürək. Tahir İmanov: Özəl telekanallar qoyub qadağanı. Prezident İlham Əliyev: Özəl telekanallar? Hesab edirəm ki, onlar səhv ediblər. Onlara da məsləhət görürəm, tövsiyə edirəm ki, əgər doğrudan da bu qadağa varsa, tamamilə götürülməlidir. Hesab edirəm ki, bütün televiziya kanalları sizin kimi istedadlı insanlar üçün açıq olmalıdır. Tahir İmanov: Təşəkkür edirik. Prezident İlham Əliyev: Mən şadam ki, bu məsələni sən qaldırmısan. Çünki görünür ki, burada hansısa anlaşılmazlıq olub. Yəni, dövlət xətti ilə sizə heç bir qadağa qoyula bilməz. Mən sizi artıq 20 ildən çoxdur ki, tanıyıram. Əvvəlki illərdə yaxşı təmaslarımız olubdur. Bu gün də sizin fəaliyyətinizi izləyirəm. Gördüyünüz işlərlə bağlı mənə müntəzəm olaraq məlumat verilir. Şadam ki, siz öz fəaliyyət dairənizi genişləndirirsiniz. Siz çox istedadlı insanlarsınız və Azərbaycan xalqı sizi çox sevir. Tahir İmanov: Çox sağ olun. Prezident habelə bəstəkar S.Ələsgərovun adına keçə verilməsi və KVN teatrının aktyorları Bəhram Bağırzadə ilə Cabir İmanova fəxri adların verilməsi barədə müraciətlərə də müsbət yanaşıb./virtualaz.org/ Geri qayıt |