Əsas Səhifə > SİYASƏT > Paşinyan Tehrandan Azərbaycanı terrorla hədələdi
Paşinyan Tehrandan Azərbaycanı terrorla hədələdi1-03-2019, 09:45 |
![]() Erməni baş nazirin İrana kəşfiyyat xarakterli ilk səfəri fiasko oldu - səbəblər; İranın ali dini rəhbəri inqilabçı baş naziri pərt elədi; politoloq: “Tehran İrəvana ümidlərini çoxdan itirib...”Ermənistanın baş naziri Nikol Pşainyanın İrana iki günlük ilk rəsmi səfəri, gözləndildiyi kimi, İrəvanın umduğu nəticələri vermədi. Səfər zamanı tərəflər arasında strateji əhəmiyyətli heç bir sənəd imzalanmadı. Ermənilərin İran qazı üçün tranzit ölkəyə, nəqliyyat dəhlizinə çevrilməklə bağlı hansısa ortaq layihələrə ümidləri yenə ürəyində qaldı. Səfər zamanı yalnız niyyət memorandumu - niyyət anlaşması imzalandı. Yəni İran rəhbərliyi, faktiki, işğalçı ölkənin rəhbərini yola verdi.Nikol ən çox İranın azərbaycanlı ali dini lideri ayətullah Əli Xamenei ilə görüşü ilə özünə təsəlli tapa bilər. Hərçənd hörmətli Xomenei görüşdə Paşinyanı pərt edəcək açıqlama verib. Tehranın Qarabağ məsələsinin həlinə kömək etməyə hazır olduğunu deyən ali dini lider əlavə edib ki, “Qarabağ münaqişəsinin həlli Azərbaycan və Ermənistan rəsmilərinin arasında daimi dialoqdan asılıdır”. Bu da o deməkdir ki, Nikol Paşinyanın separatçı rejimi birbaşa danışıqlara qoşmaqla bağlı tələbini İran da rədd edir - hansı tələb barədə ki, Paşinyan həyasızcasına Tehranda, erməni icması ilə görüşü zamanı da bəyan edib. Şəffaflıq.azın məlumatına görə, N.Paşinyan həmin görüş zamanı öz aləmində Azərbaycanı hədələyərək, populistcəsinə onu da deyib ki, “əgər kimsə Qarabağ məsələsini hədələrlə həll etməyi düşünürsə, o dərindən yanılır, nədən ki, o halda o, bütün dünya ermənilərinə qarşı durmalı olacaq - hansı ki, bu gün daha sıx birləşiblər və Qarabağa hər hansı təhlükə zamanı bu birlik ikiqat, üçqat güclənəcək, indikindən daha böyük gücdə olacaq”. ![]() Azərbaycan xalqı ötən əsrin 90-cı illərində erməni terrorunun nəticələrini öz üzərində həqiqətən hiss edib. Bakı metrosunda törədilən qanlı terror aktları, sərnişin avtobuslarının partladılmasını yada salmaq kifayətdir. Bundan əlavə, ASALA terror təşkilatının 70-ci illərdə qardaş Türkiyəyə (İstanbul hava limanında partlayış), xaricdəki türk diplomatlarına qarşı törədilən çoxsaylı terror aktları da yaxşı yaddaşlardadır. Azərbaycan və Türkiyə təbii ki, bu hədəni həmişə ciddiyə alıb və alacaq. Lakin bu, torpaqlarımızın güc yolu ilə azad edilməsi önündə əngəl ola bilməz - belə bir terror hədəsi özünü demokrat sayan Nikol Paşinyanın dilindən səslənsə də. Bu xüsusda Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçunun bir neçə gün öncəki İrəvana ünvanlı sərt açıqlamasını yada salmağın yeri var. ![]() Söz düşmüşkən, Tehranda erməni icması ilə görüş zamanı Nikol Paşinyan riyakarcasına növbəti dəfə Türkiyədən gileylənib, onu sərhədləri açmamaqda suçlayıb. Sitat: “Təəssüf ki, Türkiyə hökumətinin mövqeyi türk-erməni münasibətləri haqda ciddi danışmağa imkan vermir. Ankara daima ikitərəfli münasibətləri Qarabağ məsələsi ilə, Azərbaycan-Ermənistan əlaqələri ilə bağlayır. Hələlik situasiya bizim nikbinliyimiz üçün əsas vermir. Hərçənd biz bu münasibətləri ön şərt olmadan müzakirə eləməyə hazırıq. Türkiyənin isə Qarabağla bağlı ön şərti var”. Bu yerdə xatırladaq ki, hazırda Türkiyədə 100 minə yaxın Ermənistan vətəndaşı oturma izni almadan, vergi ödəmədən öz ailəsinə çörək pulu qazanır... “Ermənistan baş naziri çox arzuladığı İrana səfər etdi”. Bunu politoloq Elxan Şahinoğlu deyib. O, qeyd edib ki, İran prezidenti Həsən Ruhani Paşinyanla görüşdə Ermənistana qaz tədarükünün artırılmasına etiraz etmədiklərini dilə gətirsə də, illərdir ortada nəticə yoxdur. “Tehranda hansısa nəzəri regional layihələr barədə də danışıblar. Bunlar xoş arzulardır. Ermənistanın pulu, sanksiyalardan əziyyət çəkən İranın isə başqa ölkəyə xərcləyəcək yatırımı yoxdur. Buna baxmayaraq, Paşinyan Tehranda iki arzusunu reallaşdıra bilib. Birincisi, o, Ruhanidən başqa İranın azərbaycanlı dini lideri Əli Xamenei ilə görüşüb. İkincisi, Tehranda ”Ararat" idman-sağlamlıq mərkəzində “DQR bayrağı” altında İranda yaşayan erməni icmasının nümayəndələri ilə görüşüb, sevincək selfi də çəkdirib" - politoloq ironik şəkildə əlavə edib. ![]() Politoloq ehtimal edir ki, İran Ermənistanın qonşu dövlətlərə olan münasibətini ciddi şəkildə nəzərdən keçirəcək: “Bu mənada İran üçün Paşinyanın Tehrana səfəri kəşfiyyat xarakteri daşıyıb. Tehran-İrəvan münasibətlərinin gələcək taleyi isə Nikol Paşinyanın Ermənistanın prioritetlərini necə müəyyən etməsindən ciddi şəkildə asılı olacaq”. Ancaq bu prioritetlər artıq bəllidir. Paşinyan hökuməti Ermənistanı Rusiya orbitində saxlamağa qərar verib - buradan çıxan bütün nəticələrlə birgə...“Yeni Müsavat” Geri qayıt |