Əsas Səhifə > Dünya > Norveç daha iki ölkədən gələnlər üçün məcburi on günlük karantin tətbiq edir

Norveç daha iki ölkədən gələnlər üçün məcburi on günlük karantin tətbiq edir


27-08-2020, 09:51

 

Norveç koronavirusun yayılması ilə əlaqəli pisləşən epidemioloji vəziyyətə görə ərazisinə iki Avropa ölkəsindən gələn şəxslər üçün on günlük karantin tətbiq edir.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Məlumatda Almaniya, Lixtenşteyn və İsveçin Kalmar və Vasterbotten bölgələrindən bəhs edilir. "Avqustun 29-dan etibarən bu ölkələrdən və bölgələrdən Norveçə gələn hər kəs 10 gün müddətində karantində olmalıdı", - ölkənin XİN-i bildirilir. Eyni zamanda Norveç Xarici İşlər Nazirliyi vətəndaşlara təcili ehtiyac olmadan bu ölkələrə və bölgələrə səyahət etməkdən çəkinməyi tövsiyə edir.

Geri qayıt