Əsas Səhifə > SOSİAL MÜDAFİƏ / Cəmiyyət > Nuranə Məmmədova: Mehriban xanım Əliyevanı Şamaxı rayon gəncləri adından səmimi qəlbdən təbrik edir
Nuranə Məmmədova: Mehriban xanım Əliyevanı Şamaxı rayon gəncləri adından səmimi qəlbdən təbrik edir26-08-2020, 07:34 |
26 Avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür. Mehriban xanım Azərbaycanın mehriban simasıdır. Azərbaycanı Beynəlxalq səviyyədə dünyaya tanıdan Mehriban xanım Əliyeva gördüyü işlərlə ölkəmizə daim yenilik gətirir. Mehriban xanım Azərbaycançılıq məfkurəsini hər zaman nümayiş etdirir. Ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq və demoqrafik mənzərənin müsbət olması Mehriban xanımın gördüyü işlərlə bağlıdır. Mehriban xanım dəyərli rəhbər və həm də gözəl anadır. Mehriban xanımın söylədiyi kimi - hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Bu yanaşma ilə o, Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ailə amilinin nə qədər önəmli olduğunu diqqətə çatdırır. Mehriban xanım hər zaman uşaqlara da öz diqqət və qayğısını göstərir. Mehriban Əliyeva: Mənim arzum odur ki, Azərbaycanda hər bir uşaq xoşbəxt olsun. Mehriban xanım təhsilə ən böyük dəyər verir və söyləyir: Azərbaycan üçün təhsilin inkişafı prioritet sahədir. Mehriban xanım Əliyeva həssas qrupdan olan şəhid ailələri və müharibə əlillərini də diqqət mərkəzində saxlayır. Bunun bariz nümunəsi olaraq, iyul ayının 21-də həmin ailələrə mənzillər və avtomobillərin təqdim edilməsini göstərmək olar. Hər sahədə olduğu kimi, Mehriban xanım Gənclər və gənclərlə iş sahəsi ilə də yaxından maraqlanır. Təhsilli, savadlı, bacarıqlı gənc kadrlara daim önəm verir. Mehriban xanım: Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Vətənə bağlı olmalıdırlar, vətəni sevməlidirlər. Xüsusilə bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı öz vətəni ilə fəxr edə bilər. Pandemiya dövründə Koronavirusla Mübarizəyə dəstək fondunun yaradılması, Mehriban xanımın illik maaşını həmin fonda bağışlaması, Operativ Qərargahın yaradılması, Sumqayıt Kimya sənaye parkının istifadəyə verilməsi, Koronaviruslu xəstələrin müalicəsi üçün modul tipli hospitalların açılması və.s. görülən işlər Birinci Vitse-Prezidentin Azərbaycan xalqına göstərdiyi diqqəti, qayğını bir daha göstərir. Mehriban xanımın Qarabağla əlaqədar söylədiyi cümlə biz gənclər tərəfindən səsləndirilir və dəstəklənir: Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq! Məqaləmdə də qeyd etdiyim kimi, Mehriban xanım yaş qrupundan asılı olmayaraq uşaq, cavan və yaşlı nəslin nümayəndələri ilə daim təmasda olur, onların problemləri ilə maraqlanır və ən əsası da insanların qayğısına qalır. Azərbaycanın bu gün istənilən sahədə böyük uğurlar əldə etməsi ölkə prezidenti Cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Mehriban xanım Azərbaycanın hər bir şəhəri, rayonu və kəndi ilə yaxından maraqlanır və onların inkişafı üçün əlindən gələni edir. Ona görə də, Azərbaycan hər bir sahədə günü-gündən inkişaf edir. Dövlət tərəfindən atılmış addımlar kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənir və hər zaman da dəstəklənəcək. Mən, Şamaxı YAP Gənclər Birliyinin və Şamaxı İctimai Nəzarət Koalisiyasının sədri, Şamaxı rayon Şəffaflıq Media Qrupunun nümayəndəsi Məmmədova Nuranə Cabbar qızı, ad günü münasibətilə Mehriban xanım Əliyevanı Şamaxı rayon gəncləri adından səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı diləyir və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edirəm. Nuranə Məmmədova Şamaxı. Şəffaflıq.az Geri qayıt |