Əsas Səhifə > Gündəm > Azərbaycanda daha 152 nəfər COVID-19-a yoluxub, 111 nəfər sağalıb, 1 nəfər vəfat edib
Azərbaycanda daha 152 nəfər COVID-19-a yoluxub, 111 nəfər sağalıb, 1 nəfər vəfat edib24-08-2020, 22:24 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 35426 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 33104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib, aktiv xəstə sayı 1803 nəfərdir. Eyni zamanda məlumata görə, ölkədə son sutka ərzində 4890, hazırkı dövrədək isə 878667 test aparılıb. Şəffaflıq.az Geri qayıt |