Əsas Səhifə > Gündəm > İctimai-siyasi xadimlər və digər tanınmışlar cərimələndilər -
İctimai-siyasi xadimlər və digər tanınmışlar cərimələndilər -23-08-2020, 13:42 |
Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin karantin dövründə keçirilən toyunda iştirak etdiyinə görə daha bir neçə tanınmış ictimai şəxs cərimələniblər. Şəffaflıq.az-a daxil olan məlumata görə, karantin qaydalarını pozaraq toyda iştirak etdiklərinə görə, deputat Siyavuş Novruzov, onun xanımı, Ombudsman Səbinə Əliyeva, Filarmoniyanın direktoru Murad Adıgözəlzadə, onun xanımı Aysel Adıgözəlzadə, BDU-nun keçmiş rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov cərimələniblər. Adıçəkilən şəxslər qanunu pozduqlarını etiraf ediblər. Onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 400 manat məbləğdə cərimə edilib. Məlumatı DİN-nin mətbuat xidməti təsdiqləyib. Geri qayıt |