Əsas Səhifə > Gündəm > Azərbaycanda daha 184 nəfər koronavirusa yoluxub, 160 nəfər sağalıb, 3 nəfər vəfat edib
Azərbaycanda daha 184 nəfər koronavirusa yoluxub, 160 nəfər sağalıb, 3 nəfər vəfat edib22-08-2020, 22:32 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 184 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada koronavirusdan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 35 105 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 842 nəfər müalicə olunaraq sağalıb, 515 nəfər vəfat edib, 1 748 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 557, bu günə qədər isə ümumilikdə 868 345 test icra olunub. Şəffaflıq.az Geri qayıt |