Əsas Səhifə > Hadisə > Bakıda meyiti tapılan restoran sahibi vəzifəli şəxsin atası imiş

Bakıda meyiti tapılan restoran sahibi vəzifəli şəxsin atası imiş


28-02-2019, 10:05

 Bakıda qəfil vəfat edən iş adamı vəzifəli şəxsin atası imiş.
Şəffaflıq.az xəbər verir ki, Binəqədi rayonu Əhməd Rəcəbli küçəsində yerləşən məşhur ailə restoranı olan "Şır-Şır”ın sahibi Elbrus Hüseynovun meyiti aşkar edilib. Onun öz əcəli ilə, xəstəliyi səbəbindən dünyasını dəyişdiyi məlum olub.
Həmçinin bəlli olub ki, vəfat edən iş adamı Elbrus Hüseynov Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin vəzifəli əməkdaşı Elvin Hüseynovun atasıdır.
Faktla bağlı araşdırma davam etdirilir.
Muxtar
Geri qayıt