Əsas Səhifə > Gündəm > TƏBİB-dən karantin günlərində toyların keçirilməsi ilə bağlı yeni MƏLUMAT

TƏBİB-dən karantin günlərində toyların keçirilməsi ilə bağlı yeni MƏLUMAT


21-08-2020, 23:45

 

“Toyların və ya hər hansı yığıncaqların keçirilməsi ilə əlaqəli qeyd etmək istəyirəm ki, ölkəmizdə tətbiq olunan karantin qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir”.

Şəffaflıq.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu qərar dövlət tərəfindən verilir: “Hər birimiz - istər həkimlərin, istər adi vətəndaşlarımızın bu karantin qaydalarına riayət etmək borcumuzdur. Buna həkim olaraq fikrimi bildirə bilərəm. Başqa tərəfdən, bu prorseslərin qiymətləndirilməsi aidiyyəti qurumlar tərəfindən aparılır”.

Geri qayıt