Əsas Səhifə > Dünya > Latviya və Estoniya Belarus rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcək

Latviya və Estoniya Belarus rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcək


21-08-2020, 23:34

 

Latviya və Estoniya Belarus rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcək.

Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Latviya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Latviya və Estoniya Xarici İşlər Nazirlikləri Avropa İttifaqı Şurasının iclasında alınan qərarları alqışlayır, prezident seçkilərini saxtalaşdırmaq və Belarus küçələrində dinc etirazçılara qarşı güc tətbiq etməkdə məsuliyyət daşıyan Belarus məmurlarına qarşı fərdi sanksiyalar tətbiq etməklə birgə hərəkət etmək qərarına gəliblər. Latviya və Estoniya Belarus rəsmilərinin siyahısını hazırlayıb. Sanksiyalara əsasən, aidiyyəti şəxslərə vizaların verilməsi qadağan ediləcək. Milli sanksiyaların tətbiqi ilə bağlı ikitərəfli tədbirlər Avropa İttifaqı tərəfindən planlaşdırılan sanksiyalardan əvvəl ölkələrin daxili prosedurlarına uyğun olaraq həyata keçiriləcək”, - deyə qeyd olunub.

Geri qayıt