Əsas Səhifə > Gündəm > Baş nazir Əli Əsədov iclas keçirdi

Baş nazir Əli Əsədov iclas keçirdi


21-08-2020, 00:03

 

Bu gün Baş Nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın video formatda növbəti iclası keçirilib.


Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, İclasda ARDNF-in 2020-ci ilin yeddi ayı ərzində fəaliyyətinin yekunları və Fondun 2020-ci il üçün büdcəsinə ediləcək dəyişikliklər müzakirə edilib. Həmçinin iclasda yeni çağırışlar fonunda DNF-in uzunmüddətli dayanıqlığı məsələləri də ətraflı müzakirə olunub.

Dünya bazarında neftin qiymətinin dəyişməsi, OPEK+ anlaşması üzrə hasilatın azalması və Dövlət büdcəsinin dürüstləşməsi ilə əlaqədar Neft Fondundan büdcəyə əlavə transfert edilməsi Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinə də yenidən baxılması zərurətini yaradıb.

DNF-nin büdcəsinə dəyişikliyi nəzərdə tutan layihə Müşahidə Şurası tərəfindən məqsədəmüvafiq hesab olunub və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqda qərar qəbul edilib.

Şəffaflıq.az

Geri qayıt