Əsas Səhifə > SİYASƏT > Sərkisyan: Bakı heç vaxt bu addımı atmayacaq - Video

Sərkisyan: Bakı heç vaxt bu addımı atmayacaq - Video


20-08-2020, 00:27
Genişmiqyaslı müharibə olarsa, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır.
Axar.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib. O, müstəqilliyin tanınmasının yaranacaq çətin situasiya ilə əlaqədar olduğunu deyib.
Sərkisyan, həmçinin Ermənistanın Dağlıq Qarabağla qarşılıqlı hərbi yardım barədə razılaşma imzalamasınn vacib olduğunu iddia edib.
“Bunu doğru zamanda etmək lazımdır ki, əlavə təhdid yaranmasın. Mən dərindən əminəm ki, belə ehtiyac yaranacaq”.
O, Qarabağ məsələsinin yalnız beynəlxalq təzyiq nəticəsində həll edilə biləcəyini söyləyib:
“Azərbaycan rəhbərliyi Qarabağın müstəqilliyi ilə heç vaxt razılaşmayacaq”.


Geri qayıt