Əsas Səhifə > Hadisə > Ata 14 yaşlı qızına təcavüz etdi, sonra... - Azərbaycanda AĞLASIĞMAZ RÜSVAYÇILIQ
Ata 14 yaşlı qızına təcavüz etdi, sonra... - Azərbaycanda AĞLASIĞMAZ RÜSVAYÇILIQ27-02-2019, 17:04 |
Bakıda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən paytaxt sakini, 1970-ci il təvəllüdlü Fərman Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Şəffaflıq.az Publika.aza istinadənxəbər verir ki, paytaxtda öz qızına təcavüz edən Fərman Bağırov ailəlidir. Onun 2 azyaşlı, 1 yetkinlik yaşına çatmayan övladı var. 2-ci qrup əlil olan Fərman Bağırov paytaxtda taksi fəaliyyəti ilə məşğul olub. Atanın iyrənc məqsədi İstintaq sənədlərinə görə, zorlama hadisəsi 2016-cı ildə paytaxtın Xətai rayonunda baş verib. Fərman Bağırov rayonun Gəncə prospektindəki evində Ləmana (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) təcavüz edib. Belə ki, o, yetkinlik yaşına çatmayan 2002-ci il təvəllüdlü qızı Ləmanın uzandığı yataq otağına daxil olub. Onun məqsədi yetkinlik yaşına çatmayan qızına qarşı seksual xarakterli hərəkətlər etmək olub. Hədə-qorxu və seksual hərəkət Fərman Bağırov qızı olan otağı girərək qapını bağlayıb və onun yanında uzanıb. Sonra Fərman Ləmanı qucaqlayıb. Bu zaman Fərman Ləmanı səsini çıxarmaması üçün hədələyib. Qızına hədə-qorxu gələn Fərman zor tətbiq edərək, onun əynində olan şalvarını çıxarıb. Sonra qızına qarşı seksual xarakterli hərəkətlər edib. Növbəti əxlaqsızlıq Fərman Bağırov qızına növbəti dəfə 2017-ci ildə təcavüz edib. O, həmin ilin iyulun 16-da, saat 16 radələrində yaşadığı evdə yataq otağında üzbəüz dayandığı Ləmanın hər iki əlindən tutub və özünə tərəf dartıb. O, yetkinlik yaşına çatmayan qızına zor tətbiq edib, ona dərəcəsi təyin edilməyən xəsarət yetirib. Fərman kişi qızının geyindiyi şalvarını soyundurub, ona qarşı əxlaqsız hərəkətlər edib. İki maddəli ittiham və 5 il cəza İstintaq orqanı tərəfindən Fərman Bağırovun barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) və 150.2.5-ci (təkrar seksual xarakterli hərəkətlər etmək) maddələri ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərman Bağırov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 iyul 2017-ci il tarixdən hesablanması qərara alınıb. Bu hökmdən narazı qalan Fərman Bağırov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu göstərməyə çalışıb. “Anlaşılmazlığı qızım və arvadımla müzakirə etdik” Fərman Bağırov Cinayət Məcəlləsinin 150.2.3-ci və 150.2.5-ci maddələri ilə təqsirli bilməyib. Qeyd edib ki, qızı Ləmana qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməyib. Övladlarını çox istədiyini, onlara qayğı və nəvaziş göstərdiyini qeyd edən Fərman Bağırov bildirib ki, onları incitməyib, onları yaxşı dolandırmağa çalışıb, böyük qızı Ləmana nəvaziş göstərməsini səhv başa düşüb: “Bu anlaşılmazlığı qızım və arvadımla müzakirə etdik. Aramızda olan anlaşılmazlığa görə bir-birmizdən üzr istədik”. Təcavüzə məruz qalan qız şikayətçi olmadı Fərman Bağırov günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Zərərçəkmiş Ləman Bağırova da anası ilə birlikdə hüquq-mühafizə orqanlarına şikayət etsə də, məhkəmədə atasından şikayətçi olmadığına dair ərizə təqdim edib. Fərman Bağırovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrlik etdiyi kollegiyada baxılıb. Apelyasiya da, Ali Məhkəmədə şikayəti təmin etmədi Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edilib. Qərara görə, apelyasiya şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Fərman Bağırov kasasiya şikayəti verib. O, işinə ədalətli baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılmasını xahiş edib. Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda kasasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul olunub. İlkin Geri qayıt |