Əsas Səhifə > Dünya > Avropa Parlamenti Belarusdakı seçkilərin nəticələrini tanımır
Avropa Parlamenti Belarusdakı seçkilərin nəticələrini tanımır17-08-2020, 18:34 |
Avropa Parlamentinin deputatları Belarusdakı prezident seçkilərinin nəticələrini tanımır və Aleksandr Lukaşenkonu Avropa İttifaqında arzuolunmaz şəxs hesab edir. Şəffaflıq.az xəbər verir ki, bu barədə Avropa Parlamentindəki partiyaların ortaq bəyanatında bildirilib. “Avqustun 9-dakı prezident seçkiləri nə azad, nə ədalətli olub. Səhih məlumatlar Svetlana Tixanovskayanın qalib olduğunu deyir”, - bəyanatda vurğulanıb. Avropa Parlamentinin nümayəndələri həmçinin Rusiyanı Belarusdakı vəziyyətə qarışmamağa və Aİ-nin üzv ölkələrini Rusiyanın bu istiqamətdəki bütün fəaliyyətinə müqavimət göstərməyə çağırıblar. Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub. Geri qayıt |