Əsas Səhifə > MANŞET > Şamaxı rayonunun Millət Vəkili Tamam Cəfərova ilə -
Şamaxı rayonunun Millət Vəkili Tamam Cəfərova ilə -17-08-2020, 01:59 |
Şamaxı rayon 85 saylı seçki dairəsinin deputatı, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Tamam Cəfərova Şəffaflıq.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik: Sual: Tamam xanım son aylarda koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdəki sərt karantin rejimində necə fəaliyyət göstərə bildiniz? Deputatımız qeyd etdi ki, tərəfindən mart, aprel, may aylarında həmyerlilərimizə 400-ə yaxın yardım paylanıb. Konkret olaraq, mart ayında Novruz bayramı ərəfəsində 90 şəhid ailəsinə (rayon icra hakimiyyətindən götürülmüş siyahı əsasında) bayram sovqatı çatdırılmışdır. Aprel ayında onun təşəbbüsü ilə “Sağlam Ailə” tibb mərkəzi ilə birlikdə həyata keçiriən sosial aksiya çərçivəsində xüsusi risk qrupuna daxil olan şəxslərə: mağazalarda çalışanlara, sürücülərə, müxtəlif təmir sahəsində çalışanlara tibbi ləvazimatlar, maskalar, əlcəklər, antiseptik məhsullar, həmçinin Şamaxı rayonu üzrə yaşı 65-dən yuxarı olan tənha, ahıl insanlara, sosial dəstəyə ehtiyacı olan imkansız 120 ailəyə (rayon sosial müdafiə fondunun təqdim etdiyi siyahı əsasında) tibbi ləvazimatla bərabər ərzaq sövqatları da paylanmışdır. Millət vəkilinin təşəbbüsü əsasında icra hakimiyyətinin təqdim etdiyi siyahı üzrə 69 ailəyə H.Əliyev Fondu tərəfindən ərzaq yardımları edilmişdir. Pandemiyanın yaratdığı iqtisadi-sosial çətinlikləri nəzərə alaraq, millət vəkili yardım aksiyalarını davam etdirmişdir. May-iyun aylarında isə müxtəlif vaxtlarda deputatımız tərəfindən himayəsində xəstə uşaqları olan ailələrə, ümumilikdə sosial cəhətdən həssas qrupa daxil olan daha 60-dan çox ailəyə, onların müraciətləri əsasında ərzaq yardımı paylanmışdır. Masazırda yaşayan Şamaxı qeydiyyatında olan ailələrə də ərzaq yardım edilib (3 ailə). Qurban Bayramında imkansız yaşlı insanlara qurban payları verilmişdir (20 ailə). Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş 10-cu Bədii Qiraət Müsabiqəsinin mükafatlandırılması haqqında O bildirdi ki, bəli bu il iyunun 3-də Azərbaycanın görkəmli xalq şairi, vətənsevər mütəfəkkir, ictimai xadim, satira ustadı Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş 10-cu Bədii Qiraət Müsabiqəsinin mükafatlandırılma mərasimi baş tutub. Bu il onlayn şəkildə baş tutan müsabiqə Şamaxının millət vəkili Tamam Cəfərovanın dəstəyi və Şamaxı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilib. Mükafatlandırma mərasimi də olub və bu Şamaxı rayon Heydər Əliyev Mərkəzində keçirilmişdir. Millət vəkili adlar çəkdi ki, Zeynalzadə Banu - I, Kərimov Fərid - II, Şirinova Məryəm isə III yerə layiq görülüb. O qeyd etdi ki, həmin müsabiqənin münsiflər heyətində Azərbaycan Yazıçılar Birliyinin katibi 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, İctimai Televiziyanın aparıcısı, jurnalist, ssenarist İlham Tumas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ADU-nun İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsinin müdiri, jurnalist Cavid Zeynallı təmsil olunmuşdular. Həmin müsabiqəyə Şamaxı rayonu üzrə bütün məktəblərdən 5-10-cu sinif şagirdləri qatılmışdılar. Onu da əlavə edirik ki, Sabir Bədii Qiraət Müsabiqəsi 2011-ci ildən Şamaxının keçmiş millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə başladılıb. 9 May-Qələbə Günü münasibətilə Böyük Vətən müharibəsi veteranları evlərində ziyarət olunub. Sual: Tamam xanım bizə məlum olub ki, Siz belə sərt karantin dövründə Böyük Vətən müharibəsində iştirak etmiş veteranlarımızı da unutmamısınız. Bu barədə məlumat verməyinizi xahiş edirik. Koronavirus pandemiyası ilə əlaqədar Qələbə Gününün 75-ci ildönümü təntənəli bayram tədbirləri ilə qeyd olunmadığından veteranlarımız bu il fərqli formatda təbrik edildilər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranları evlərində ziyarət olunublar. Şamaxıda yaşayan 3 veteran da Heydər Əliyev fondu tərəfindən ziyarət olunub. Mən də Şamaxılı veteranlara baş çəkdim, onların müharibə illərinin xoş xatirələrini dinlədim. Həmsöhbətim Şamaxı sakini Əhlimanov Miarağa Ağamoğlan oğlunun 96 yaşı var. Mirağa Əhlimanov Tibb Universitetinin birinci kursunda könüllü surətdə cəbhəyə yollanıb. Çoxsaylı yaralar alsa da, müharibənin sonuna qədər vuruşub. 96 yaşlı Şamaxı sakini Niftəliyev Dədəxan Şəkər oğlu da Böyük Vətən müharibəsində şücaətlə döyüşüb. 416-cı Taqanroq diviziyasında vuruşan Dədəxan Niftalıyev Berlinə qədər davam edən döyüş xatirələrini bölüşdü. Dünya savaşı bitdikdən sonra iki il də əlavə zabit kimi xidmət keçib, onlarla orden və medalla təltif edilib. Şamaxının Dağ Bağırlı kəndinin sakini Əsədov Əlifalı Mülkalı oğlunun isə 100 yaşı var. O da 416-cı diviziyada döyüşüb. Müharibəni Berlində başa vurub. Mən hər üç qəhrəmanımızı bir daha təbrik etdim, dövlətimizin daim bütün müharibə veteralarına diqqət və qayğı ilə yanaşdığını onlara bildirdim - deyə millət vəkili cavabını yekunlaşdırdı. 01 iyun Uşaqların hüquqlarının müdafiəsi günü Sual: Tamam xanım eşitmişik ki, Siz uşaqların hüquqlarının müdafiəsi günü də rayonumuzun kəndlərində görüşlər keçirmisiz. Bu barədə bizə məlumat verməyinizi xahiş edirik. Millət vəkili iyunun 3-də mən Qızmeydan kəndinin sakini Rasim İsmayılovun ailəsi ilə görüşdüyünü dedi. O bildirdi ki, həmin ailənin övladları – İsmayılova Zəminə Rasim qızı gözdən əlil, İsmayılov Ömər Rasim oğlu isə serebral iflicdir. Millət vəkili Zəminə və Öməri 1 İyun-Beynəlxalq Uşaqlar Günü münasibətilə təbrik edib, onların müayinə və müalicə proseduru ilə maraqlanıb. Həmçinin deputat Böyük Xınıslı kəndinin 22 yaşlı sakini, I qrup əlil Şirəliyev Cavanşir Əvəz oğlu ilə də görüşüb. O, Milli Məclisə seçkilər zamanı Cavanşir Şirəliyevin atası Əvəz Şirəliyev tərəfindən ona ünvanlanan müraciətdə övladının əlil arabasına ciddi ehtiyacı olduğunu bildirmiş və Tamam Cəfərovadan ailələrinə köməklik göstərilməsini xahiş etmişdi. Millət vəkili ailənin müraciətini təmin etdiyini bildirdi. Şəhid ailələri ilə görüşlər Sual: Daha hansı kateqoriyadan olan ailələrlə görüşmüsünüz? Millət vəkili Tamam Cəfərova iyunun 3-də şəhid ailələri ilə görüşdüyünü dedi. 1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuş Şirinov Aslan Sərdar oğlunun Meysəri kəndində yaşayan valideynləri ilə görüşüb. Daha sonra Tamam Cəfərova 2016-cı ilin aprel ayında Tərtər rayonunun Selsulan kəndi istiqamətində baş tutan döyüşlərdə şəhid olmuş Zəkayev Nazim Nadir oğlunun Şamaxı rayonunda yaşayan ailəsi ilə görüşüb söhbət etmişdir. O, şəhid ailələrinin problemlərini dinləyib, onların həlli istiqamətində aidiyyatı qurumlara müvafiq sorğular göndərəcəyini bildirmişdir. Deputat qeyd edib ki, hazırda pandemiya şəraitində mütəmadi və kütləvi olaraq görüşlər keçirə bilməsə də, onlayn şəkildə vətəndaşların qəbulu həyata keçirilir və onların problemlərinin həlli istiqamətində ciddi işlər aparılır. Millət vəkili Şamaxının Kürdəmic kəndində yaşayan 89 yaşlı seçici Mayılova Pərvizə Hacı qızı ilə görüşdüyünü dedi. O, Pərvizə Mayılovanın səhhəti və problemləri ilə maraqlanaraq bir neçə gün sonra baş tutacaq doğum günü münasibətilə seçisicisini təbrik etmişdir. 8 ailəyə müalicə üçün maddi yardım göstərilmişdir. Sual: Tamam xanım soruşmaq istədiyimiz bir sualımız da var. Bu çətin pandemiya dövründə ehtiyacı olanlara maddi yardım göstərməyiniz barədə məlumat almışıq. Mümkünsə, bu barədə də oxucularımıza məlumat verin. Tamam xanım adlar çəkməklə sualımızı cavablandı. Lakin biz maddi köməkliyə ehtiyacı olmuş həmin insanlarımızın adlarını qəzetimizdə dərc etməyi məqsədəuyğun hesab etmirik. Millət vəkili aşağıdakıları qeyd etdi.
Aidiyyati qurumlara aşağıdakı məsələlərlə də bağlı sorğular göndərilib.
Vaxt ayırıb bizə müsahibə verdiyiniz üçün təşəkkür edirik. Baş redaktorun birinci müavini. Yanoş Məhərrəmov Şəffaflıq.az Geri qayıt |